Bağdadın “yaşıl bölgə”sinə iki raket zərbəsi endirilib

Bağdadın “yaşıl bölgə”sinə iki raket zərbəsi endirilib
# 09 yanvar 2020 06:14 (UTC +04:00)

İraqda hökumət binalarının və xarici səfirliklərin, nümayəndəliklərin yerləşdiyi mühafizəsi gücləndirilmiş “yaşıl bölgə”yə iki raket zərbəsi endirilib.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbi qüvvələrinin məlumatında bildirilib.

Yerli polisin açıqlamasında qeyd edilib ki, raketlərdən biri ABŞ səfirliyinin 100 metrliyində partlayıb.

Bildirilib ki, “yaşıl bölgə”yə 2 “Katyuşa” raketi atılsa da, heç bir itki qeydə alınmayıb.

Hələlik məsuliyyəti üzərinə götürən tərəf olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR