Banqkokda 10 mindən çox etirazçı hökumət əleyhinə aksiyaya toplanıb

Banqkokda 10 mindən çox etirazçı hökumət əleyhinə aksiyaya toplanıb
# 16 avqust 2020 17:31 (UTC +04:00)

Bu gün günortadan sonra 10 mindən çox nümayişçi hökumət əleyhinə mitinq keçirmək üçün Taylandın paytaxtı Banqkokda “Demokratiya” abidəsinin önünə toplanıb.

APA bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Azad Gənclər Hərəkatı”nın fəalları ölkənin əsas qanununu dəyişdirmək üçün imza toplamaq qərarındadırlar. Onlar Senat üzvlərinin seçilməsini deyil, təyin olunmasını nəzərdə tutan bəndin qanundan silinməsini tələb edirlər.

Hərəkat fəalları bildirib ki, indiyə qədər konstitusiyaya dəyişiklik etmək üçün 10 250 nəfər imza atılıb. Etirazçılar 50 min imza toplamağı planlaşdırır.

Nümayişin yerli vaxtla saat 21:00-da bitəcəyi qeyd olunur.

Aksiyada olan polis əməkdaşları heç kəsi saxlamırlar, lakin mitinqə qoşulmaq istəyənlərə kordonlarla mane olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR