Banqladeşdə fabrikdə baş verən yanğında 10 nəfər ölüb

Banqladeşdə fabrikdə baş verən yanğında 10 nəfər ölüb
# 15 dekabr 2019 21:39 (UTC +04:00)

Banqladeşin mərkəzində “Luxury Fan” fabrikində güclü yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

“Dhakka Tribune” nəşrinin yazdığına görə, yanğın paytaxt Dəkkənin yaxınlığındakı Qazipur dairəsindəki üçmərtəbəli fabrikdə qeydə alınıb. Yanğınsöndürənlər iki saat ərzində yanğının söndürülməsinə müvəffəq olub.

Yerli hakimiyyət orqanlarının rəsmisi Abdullah Əl Zaki açıqlamasında bildirib ki, yağın zamanı fabrikdə təxminən 70-80 işçi olub. Yanğın daha çox binanın mansarını əhatə edib. Orada olan 19 nəfərdən 10-u ölüb, 9-u isə təxliyə edilib. Onlardan ikisi xəsarət alıb.

Xilas olanlar yanğının sənaye işləri üçün nəzərdə tutulmuş cilalanmış materialların alışmasından baş verdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR