Banqladeşdə ilk dəfə 3 nəfər koronavirusa yoluxub

Banqladeşdə ilk dəfə 3 nəfər koronavirusa yoluxub
# 08 mart 2020 15:38 (UTC +04:00)

Banqladeşdə ilk dəfə yeni tip koronavirusa (Covid-19) yoluxma halları aşkarlanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Banqladeş Epidmiologiya, Xəstəliklərlə Mübarizə və Tədqiqat İnstitutunun direktoru Meercadi Sabrina Flora bildirib ki, 3 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Virusa yoluxanlardan ikisi bir ailənin üzvləridir, bir müddət əvvəl İtaliyadan qayıdıblar. Üçüncü şəxs də məhz bu insanlarla ünsiyyətdə olub.

Koronavirusa yoluxanlar 20-35 yaşlı şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR