Banqladeşdə məsciddə baş vermiş partlayış qurbanlarının sayı 21-ə çatıb

Banqladeşdə məsciddə baş vermiş partlayış qurbanlarının sayı 21-ə çatıb
# 05 sentyabr 2020 21:33 (UTC +04:00)

Banqladeşdə məsciddə baş vermiş qaz sızmasının partlaması nəticəsində biri uşaq olmaqla azı 21 nəfər yanıq xəsarətlərindən aölüb.

APA xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Buna qədər yanıq xəsarətləri alan 12 nəfərin öldüyü və 50 nəfərin yaralandığı deyilirdi.

Qəzetin yazdığına görə, ölənlər arasında məscidin imamı və müəzzini də var. Hazırda Banqladeşin paytaxtı Daka xəstəxanasında 15 nəfərdən çox yaralı var. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Artıq partlayışla bağlı istintaq araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR