Banqladeşdə toqquşmalarda 11 aksiya iştirakçısı ölüb, 10 nəfər yaralanıb

Banqladeşdə toqquşmalarda 11 aksiya iştirakçısı ölüb, 10 nəfər yaralanıb
# 29 mart 2021 10:46 (UTC +04:00)

Banqladeşdə ötən həftə sonu polis və təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə baş vermiş toqquşmalarda ən azı 11 aksiya iştirakçısı ölüb, 10 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Times of India” qəzeti məlumat yayıb.

Kütləvi etiraz aksiyaları radikal müsəlman təşkilatları tərəfindən Hindistanın Baş naziri Narendra Modinin Banqladeşə səfərinə etiraz əlaməti olaraq keçirilib. N. Modi 26 martda Banqladeşin Pakistandan ayrılaraq müstəqilliyini elan etməsinin 50 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün paytaxt Dəkkə şəhərinə gəlib. İslamçılar Baş nazirin administrasiyasını ölkənin müsəlman əhalisinə qarşı diskriminasiyada ittiham edirlər.

Ən şiddətli qarşıdurmalar ötən gün Dəkkədə baş verib. Belə ki, “Hefazat-e-Islam” qruplaşmasının üzvləri dövlət idarələrinə, hindlilərin məbədlərinə və sərnişin qatarlarına hücum ediblər, avtobusları yandırıblar və polisləri daşa basıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllələrdən tətbiq etmək məcburiyyətində qalıblar. Hazırda Dəkkədə vəziyyət gərgin olaraq qalır. Hökumət və polis yeni aksiyaların qarşısını almaq üçün tədbirlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR