“Barış bulağı” hərəkatı bölgəsinə daxil olmağa cəhd edən 998 terrorçu məhv edilib

“Barış bulağı” hərəkatı bölgəsinə daxil olmağa cəhd edən 998 terrorçu məhv edilib
# 23 iyun 2020 18:51 (UTC +04:00)

22 oktyabr 2019-cu ildə imzalanan Soçi razılaşmasından bu günə qədər “Barış bulağı” hərəkatı bölgəsinə daxil olmağa cəhd edən 998 PKK/YPG-li terrorçu məhv edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində son bir ayda 62 hücum həyata keçirilib, 10 terrorçu zərərsizləşdirilib.

Bundan başqa, “Barış bulağı”, “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində 17 PKK/YPG-li terrorçusunun hücum planlarının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR