Beyrutda baş verən partlayışa görə iki Rusiya vətəndaşı barəsində İnterpol xətti ilə axtarış elan edilib

Beyrutda baş verən partlayışa görə iki Rusiya vətəndaşı barəsində İnterpol xətti ilə axtarış elan edilib
# 12 yanvar 2021 19:22 (UTC +04:00)
Beyrutda baş verən partlayışa görə iki Rusiya vətəndaşı barəsində İnterpol xətti ilə axtarış elan olunub.
APA-nın "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, həmin şəxslər - İqor Qreçuşkin və Boris Prokoşevdir.
Məlumata görə, İqor Qreçuşkin Batumidən Mozambikə ammonium nitrat daşıyan "Rhosus" yük gəmisinin sahibidir. Gəmi 2013-cü ildə texniki problemlərə görə Livanda əvvəldən planlaşdırılmamış lövbər salmalı olub. Lakin yoxlamadan sonra liman rəhbərliyi gəminin dənizə buraxılmasına icazə verməyib.
İ.Qreçuşkin iflas edib və faktiki olaraq gəmi heyətinə yardım göstərməyib. Rus və ukraynalı dənizçilər Beyrutda təxminən bir il qalıblar bu müddətdə onlar əmək haqqı və ərzaqla təmin olunmayıblar. Bu zaman gəminin kapitanı Boris Prokoşev olub. 2020-ci ilin avqust ayında 2014-cü ildə "Rhosus" gəmisindən Livan gömrük xidmətinin əməkdaşları tərəfindən müsadirə edilmiş və daha sonra bir anbarda saxlanılan 2750 ton ammonium nitratın partlaması Beyrut limanında güclü partlayışa səbəb olub. Nəticədə 190 nəfər həlak olub, 6000-dən çox şəxs yaralanıb. Beyrut şəhərinə ciddi ziyan dəyib və şəhərdə sentyabrın 19-dək fövqəladə vəziyyət elan olunub.
Livan məhkəməsi ötən ilin oktyabrında Qreçuşkin və Prokoşev barəsində həbsli axtarış qərarı çıxarıb və onların tutulması üçün İnterpola müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR