Beyrutda partlayış nəticəsində ölkənin əsas taxıl anbarı tam məhv olub

Beyrutda partlayış nəticəsində ölkənin əsas taxıl anbarı tam məhv olub
# 05 avqust 2020 15:18 (UTC +04:00)

Beyrutda limanında baş verən partlayış nəticəsində ölkənin əsas taxıl anbarı içindəki taxılla birlikdə tam məhv olub.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın İqtisadiyyat naziri Raul Nehme bildirib.

Nazir qeyd edib ki, 6 milyon əhalisi olan ölkənin yalnız bir aylıq taxıl ehtiyatı qalıb və ölkədə qida təhlükəsizliyini təmin etmək üçün ölkəyə ən azı 3 aylıq taxıl ehtiyatı lazımdır.

Xatırladaq ki, dünən Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb. Ölkəyə idxal üçün əsas giriş limanı tamamilə dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR