Beyrutda qarşıdurmaların olduğu ərazi ordu tərəfindən nəzarətə götürülüb

Beyrutda qarşıdurmaların olduğu ərazi ordu tərəfindən nəzarətə götürülüb
# 16 yanvar 2020 07:52 (UTC +04:00)

Rusiyanın Beyrutdakı səfirliyi yaxınlığında nümayişçilərlə polis arasında yaranan toqquşmalardan sonra vəziyyət nisbətən sabitləşib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, polis və ordu iğtişaşların baş verdiyi əraziyə nəzarəti ələ alıb.

Ordu bölmələri nümayişçilərin əraziyə girişinə maneə törədib. Bir qismi isə gözyaşardıcı qazdan istifadə nəticəsində ərazidən uzaqlaşdırılıb.

Livan Qırmızı Xaç Komitəsinin məlumatına görə, Beyrutda polislə toqquşmalarda azı 35 nümayişçi yaralanıb. Həmçinin 15-dən çox polis əməkdaşı da yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR