Beyrutdakı partlayış nəticəsində 200-dən çox insanın öldüyü güman edilir

Beyrutdakı partlayış nəticəsində 200-dən çox insanın öldüyü güman edilir
# 10 avqust 2020 15:16 (UTC +04:00)

Beyrut limanında baş verən güclü partlayış nəticəsində 200-dən çox insanın öldüyü güman edilir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Beyrutun qubernatoru Marvan Abbud deyib.

Şəhərin qubernatoru onlarla adamın hələ də itkin olduğunu bildirib.

M. Abbud qeyd edib ki, onların çoxu əcnəbilər olub.

Qeyd edək ki, ordu limanda axtarış əməliyyatının xilasetmə mərhələsini dayandırıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs isə itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR