Bəhreyndə koronavirusa yoluxanların sayı 23-ə çatıb

Bəhreyndə koronavirusa yoluxanların sayı 23-ə çatıb
  • Clock-gray 23:38
  • calendar-gray 25 Fevral 2020

 

Bəhreyndə daha 6 nəfərdə koronavirus açkarlanıb. Bununla da ölkə ərazisində yeni virusa yoluxanların ümumi sayı 23-ə yüksəlib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.

“Asharq Al-Awsat” qəzetinin yazdığına görə, koronavirusun yayılması ilə əlaqədar Bəhreyn hökuməti krallığın məktəb və uşaq bağçalarında dərsləri iki həftə müddətinə bağlamaq qərarına gəlib.

Xatırladaq ki, ötən gün Bəhreyn xəbər agentliyi Səhiyyə Nazirliyinə istinadən ölkədə 17 koronavirusa yoluxma hadisəsinin olduğunu bildirmişdi.

 

Rəşad Sarıyev

Digər xəbərlər