Bir sıra Cənub-Şərqi Asiya ölkələrində sonuncu Günəş tutulması müşahidə olunub

Bir sıra Cənub-Şərqi Asiya ölkələrində sonuncu Günəş tutulması müşahidə olunub
# 27 dekabr 2019 06:24 (UTC +04:00)

Dekabrın 26-da Ərəbistan yarımadası, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya sakinləri başa çatan ilin sonuncu Günəş tutulmasına tamaşa ediblər.

APA "Reuters"ə istinadən xəbər verir ki, halqavari tutulma Rusiyanın Asiya hissəsinin bəzi şəhərlərində də müşahidə olunub.

Şri-Lanka, İndoneziya, Hindistan və Səudiyyə Ərəbistanında minlərlə insan bu təbiət hadisəsini görmək üçün küçələrə axışıb.

Mərkəzi Asiya ölkələrində, Uralda və Sibirdə qismən tutulma müşahidə olunub.

Halqavari tutulma zamanı Ay Günəş diskinin mərkəzini örtüb, yalnız onun kölgəsi ətrafında özünəməxsus halqa görünüb.

Günəş tutulması adətən ildə iki dəfə baş verir. Əvvəlki tutulma iyulun 2-də baş verib və yalnız Cənubi Amerika ölkələrində görünüb.

Növbəti tutulma 2020-ci il dekabrın 14-də baş verəcək. Bu hadisə Çili və Argentinanın cənubunda, Afrikanın cənub-qərbində və Antarktikada görünəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR