Birləşmiş Ərəb Əmirliyində hündürmərtəbəli binada güclü yanğın olub - VİDEO

Birləşmiş Ərəb Əmirliyində hündürmərtəbəli binada güclü yanğın olub - VİDEO
# 06 may 2020 07:12 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyinin Əl-Nəhd bölgəsində hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Emirat Əl-Yaum” xəbər portalı məlumat yayıb.

Yanğın zamanı bina sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası səlb edilib. Xilasedicilər mərtəbələri fərdi qaydada yoxlamaq üçün dronlardan istifadə ediblər.

BƏƏ Mülki Müdafiə Xidmətindən bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR