Braziliyada daha 1383 nəfərdə koronavirus aşkar olunub

Braziliyada daha 1383 nəfərdə koronavirus aşkar olunub
# 23 mart 2021 05:18 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 49 293 nəfərin koronavirus infeksiyasına yoluxması, 1383 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 047 526 nəfər yoluxub. Bu müddət ərzində 295 425 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 507 995 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR