Britaniyanın Çindəki baş konsulu suda boğulan tələbə qızı xilas edib - VİDEO

Britaniyanın Çindəki baş konsulu suda boğulan tələbə qızı xilas edib - VİDEO
  • Clock-gray 02:58
  • calendar-gray 17 Noyabr 2020

Britaniyalı diplomat Stiven Ellison Çinin Çjunşan şəhərində olarkən suda boğulmaq üzrə olan 24 yaşlı tələbəni xilas edib.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Sosial şəbəkələrdə də yayılan videogörüntülərdən qızın suya necə düşdüyünü görmək olur və bundan sonra o, huşunu itirir. Kadrlardan, həmçinin qızı görən, lakin heç bir tədbir görməyən insanların da səsi eşidilir.

Böyük Briyaniyanın Çinin Çuntsin şəhərindəki baş konsulu, 61 yaşlı S.Ellison bu vaxt suya atılıb və tələbəni sudan çıxarıb.

apa-logo-mini

Digər xəbərlər