Bəşər Əsəd və xanımı COVID-19-dan sağalıb

Bəşər Əsəd və xanımı COVID-19-dan sağalıb
# 30 mart 2021 11:30 (UTC +04:00)

Bir müddət əvvəl COVID-19-a yoluxmuş Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma sağalıb.

APA-nın məlumatına görə, Suriya Prezident Sarayının mətbuat xidmətindən bildirilib ki, onların karantin müddəti başa çatıb.

Məlumatda qeyd olunub ki, sonuncu analiz zamanı göstəricilər neqativ olduğundan Prezident Bəşər Əsəd və Əsma Əsəd işinin başına qayıdıb.

Qeyd edək ki, Bəşər Əsəd və həyat yoldaşının COVID-19-a yoluxması barədə martın 8-də məlumat yayılıb. Bildirilirdi ki, onlar xəstəliyi yüngül formada keçirir, karantin müddətində iş fəaliyyətlərini davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR