Bu gün Türkiyədə koronavirusdan 21 nəfər ölüb

Bu gün Türkiyədə koronavirusdan 21 nəfər ölüb
  • Clock-gray 21:44
  • calendar-gray 18 İyun 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 48412 şübhəli koronavirus testindən keçib, onlardan 1304-nün cavabı pozitiv çıxıb. Bu gün 1382 xəstə sağalıb. 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4882 nəfər ölüb, 184031 nəfər bu infeksiyaya yoluxub, 156022 nəfər isə müalicə olunub.

Nazir infeksiyaya yoluxanların dünənlə müqayisədə 125 nəfər az olduğunu qeyd edib.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər