Bülent Arınç Türkiyə Ali Məşvərət Şurasının üzvlüyündən istefa verib

Bülent Arınç Türkiyə Ali Məşvərət Şurasının üzvlüyündən istefa verib
# 24 noyabr 2020 17:02 (UTC +04:00)

Bülent Arınç Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının üzvlüyündən istefa verib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə B. Arınç özü bildirib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin “Twitter” hesabında bildirilib ki, B. Arınç özü Ali Məşvərət Şurasının üzvlüyündən ayrılmaq istəyib. Qeyd olunub ki, B. Arınçın vəzifədən ayrılmaq istəyi Türkiyə Prezidenti tərəfindən qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR