Cavad Zərif: "Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur"

Cavad Zərif: "Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur"
# 07 aprel 2020 16:35 (UTC +04:00)

"Donald Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur".

APA-nın xəbərinə görə, bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif "Twitter"də bildirib.

O, Rusiyanı nəzərdə tutaraq ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrdən süni tənəffüs aparatları almaq məcburiyyətində qaldığını vurğulayıb.

"İran insan resursları və təbii sərvətlərlə zəngindir. İstədiyimiz budur ki, o (D. Tramp), İranın neft və digər məhsulları satmasına mane olmağı dayandırsın", - deyə İran XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR