Cavad Zərif sabah Türkiyəyə səfər edəcək

Cavad Zərif sabah Türkiyəyə səfər edəcək
# 28 yanvar 2021 11:47 (UTC +04:00)

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif 29 yanvarda Türkiyəyə səfər edəcək.

Bu barədə APA-nın yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında əlaqələr hərtərəfli müzakirə olunacaq.

Bundan başqa, Türkiyə və İran XİN başçılarının regional və beynəlxalq əlaqələrlə bağlı da danışıqlar aparması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR