Çavuşoğlu: “Britaniya ilə azad ticarət müqaviləsi imzalamağa çox yaxınıq”

Çavuşoğlu: “Britaniya ilə azad ticarət müqaviləsi imzalamağa çox yaxınıq”
# 10 iyul 2020 15:11 (UTC +04:00)

“Böyük Britaniya ilə azad ticarət müqaviləsi imzalamağa çox yaxınıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Britaniyada səfərdə olarkən “Financial Times”a verdiyi müsahibədə deyib.

O bildirib ki, Türkiyə və Britaniya arasında qarşılıqlı ticarət əlaqələri ilə bağlı hər hansı fikir ayrılığı yoxdur.

Nazir azad ticarət müqaviləsi ilə bərabər, Türkiyə vətəndaşlarının Britaniyada iş qurmaqlarına şərait yaradacaq müqavilənin də müzakirə edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR