Çavuşoğlu: “Türkiyə turizm sahəsində risk qrupuna daxil deyil”

 Çavuşoğlu: “Türkiyə turizm sahəsində risk qrupuna daxil deyil”
# 20 iyun 2020 13:45 (UTC +04:00)

“Pandemiya başlayandan indiyədək Türkiyə 120-dən çox ölkəyə dəstək verib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən "Yenidən Kəşf et” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən deyib.

Nazir bildirib ki, turizm sahəsində Türkiyə risk qrupuna daxil olan ölkələr sırasında deyil.

“Ölkəmizə turist göndərəcək bütün ölkələrlə əlaqə yaratmışıq. Türkiyənin turizm sənayesi başqa ölkələrin turistlərini qarşılamağa hazırdır. Ölkəmizə gələn bütün turistlərin təhlükəsiz istirahəti üçün bütün tədbirlər görülüb”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR