Çavuşoğlu Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyəsinə görə Çinə təşəkkür edib

Çavuşoğlu Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyəsinə görə Çinə təşəkkür edib
# 04 fevral 2020 13:55 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusdan ölənlərin yaxınlarına və Çin xalqına başsağlığı verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Türkiyə koronavirusun qeydə alındığı Uhan şəhərinə tibbi ləvazimatlar yola salan ölkələrdən biridir.

“Türkiyəyə səfər edən Çin vətəndaşlarının təhlükəsiz şəraitdə ölkələrinə qayıtmaları üçün birlikdə əməkdaşlıq edəcəyik və müvafiq addımlar atılacaq. Eyni zamanda ehtiyac yaranacağı təqdirdə yenə Çinə əlavə tibbi ləvazimatlar yola salınacaq. Türkiyə, qardaş Azərbaycan, qonşu Gürcüstan və Bolqarıstan vətəndaşlarının ölkəmizə gətirilməsində nümayiş etdirdiyi əməkdaşlıq və dəstək üçün Çin rəsmilərinə təşəkkür edirəm”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Gürcüstan və başqa ölkələrin vətəndaşları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR