Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub

Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub
  • Clock-gray 16:09
  • calendar-gray 26 Mart 2020

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Türkiyə XİN-dən APA-nın yerli bürosuna verilən məlumata görə, nazirlə NATO baş katibinin telefon söhbəti zamanı yeni növ koronavirusla (COVİD-19) mübarizə məsələləri müzakirə edilib.

Məsələ ilə bağlı NATO-nun hansı tədbirləri görəcəyi, habelə 2-3 apreldə NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə toplantısı da müzakirə olunub.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər