Çin GAVI fonduna 20 milyon dollar ianə edəcək

Çin GAVI fonduna 20 milyon dollar ianə edəcək
# 04 iyun 2020 17:48 (UTC +04:00)

Çin Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansı (GAVI) fonduna 2021-2025 ci illər üçün 20 milyon dollar ianə edəcək.

APA-nın xəbərinə görə, bunu Çinin baş naziri Li Keqiang virtual formatda baş tutan "Qlobal Peyvənd Sammiti 2020"də çıxışında deyib.

"COVID-19-la mübarizədə Çin hökuməti xalqın həyatını hər şeydən üstün tutdu. Biz insanların həyatını xilas etməyi prioritet kimi qəbul etdik. Çin xalqının ağır mübarizəsi və səyləri nəticəsində biz COVID-19-u effektiv şəkildə nəzarət altına ala bildik. Lakin döyüş hələ sona çatmayıb. Bir ölkədə insanların sağlamlığı və təhlükəsizliyi digər bütün ölkələr üçün də məna kəsb edir. Heç bir ölkə təkbaşına xəstəliklə mübarizə apara bilməz. Çin pandemiyanın təsirinə ən çox məruz qalan və xüsusilə də inkişaf edən ölkələrə COVID-19-a qarşı cavab tədbirləri və onun sosial iqtisadi təsirlərini yumşaltmaq üçün əlindən gələni edəcək. Çin vaksinin tapılması istiqamətində aparılan tədqiqatların koordinasiya edilməsində ÜST-ün mərkəzi rolunu dəstəkləməyə davam edəcək", - deyə Çin rəsmisi qeyd edib.

O bildirib ki, Çin hökuməti dövlət və özəl sektorda COVID-19 virusu ilə bağlı araşdırmalara 4 milyard yuan xərcləyib və bu 10 milyard yuana qədər artacaq.
Li Keqiang qeyd edib ki, Çin vaksinlərin araşdırılması və inkişafı üçün beynəlxalq əməkdaşlığın vacibliyini başa düşür və bu əməkdaşlığa sadiqdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR