Çin ÜST-ün Uhandakı araşdırmalarla bağlı yaydığı hesabatı yüksək qiymətləndirib

Çin ÜST-ün Uhandakı araşdırmalarla bağlı yaydığı hesabatı yüksək qiymətləndirib
# 31 mart 2021 05:51 (UTC +04:00)

Rəsmi Pekin koronavirus infeksiyasının mənbəyini araşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının Çinin Uhan şəhərinə edilən səfərinin yekununa dair hesabatın hazırlanmasında iştirak edən mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Çin tərəfi qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun mənşəyinin öyrənilməsinə dair hesabat yayımlayıb. Çin tərəfi bu ortaq araşdırmada iştirak edən çinli və xarici mütəxəssislərin elmə bağlılığını, peşəkarlığını və səylərini yüksək qiymətləndirir”, - deyə qurumun rəsmi saytında yayılan sənəddə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR