Çin XİN: "Sergey Lavrovun Çinə səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib"

Çin XİN: "Sergey Lavrovun Çinə səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib"
# 22 mart 2021 12:21 (UTC +04:00)

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinə rəsmi səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib və yaxın zamanda Alyaskada keçirilən yüksək səviyyəli Çin-Amerika danışıqları ilə heç bir əlaqəsi yoxdur".

APA-nın TASS-a istiadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin mətbuat brifinqində deyib.

O qeyd edib ki, Çin ilə Rusiya arasındakı münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib: "Başqalarından fərqli olaraq biz münasibətləri heç bir məqsəd üçün istifadə etmirik".

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov çinli həmkarı Vanq Yinin dəvəti ilə martın 22-də Çinə iki günlük səfər edib. Səfər Çin XİN başçısı Vanq Yİ və ABŞ dövlət katibi Antoni Blinkenin Alaskadakı görüşündən dərhal sonra baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR