Çin XİN rəhbəri bu ay Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Bəhreyn və Omana səfər edəcək

Çin XİN rəhbəri bu ay Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Bəhreyn və Omana səfər edəcək
# 23 mart 2021 06:54 (UTC +04:00)

Çinin xarici işlər naziri Van Yi yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Omana səfər edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin bildirib.

"Xarici işlər naziri, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü Van Yi Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Bəhreynə rəsmi səfərlərlə yanaşı, 24-30 mart tarixlərində Omana da işgüzar səfər edəcək”, - deyə sənəddə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR