Çin hökuməti ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyanı dayandırmağa çağırıb

Çin hökuməti ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyanı dayandırmağa çağırıb
# 29 may 2020 12:14 (UTC +04:00)

Çin hökuməti ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyanı dayandırmağa çağırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan keçirdiyi mətbuat konfransında deyib.

"ABŞ-ı Honkonqla bağlı siyasi manipulyasiyasını dərhal dayandırmağa çağırırıq. Honkonqla bağlı qanun layihəsi Çinin daxili işidir. Çin hökuməti Honkonqdakı xarici müdaxilələrə müqavimət göstərməyə sadiqdir", - deyə Çin XİN rəsmisi bildirib.

O əlavə edib ki, ABŞ tərəfi Çin və onun xüsusi inzibati bölgəsi olan Honkonqun daxili işlərinə müdaxilə etməyə davam edərsə, Çin hökuməti ABŞ-a qarşı bütün lazımi tədbirləri görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR