Çində 1770 nəfər koronavirusun qurbanı olub - YENİLƏNİB

Çində 1770 nəfər koronavirusun qurbanı olub - YENİLƏNİB
# 17 fevral 2020 05:22 (UTC +04:00)

Çində yeni növ koronavirus qurbanlarının sayı 1770 nəfər təşkil edir, 10,8 mindən çox insan virusdan xilas olunub, pnevmoniyanın başlamasından bəri yoluxanların sayı 70,5 mindən çox olub.

APA xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl qurum 68,5 mindən çox yoluxma, 1665 ölüm halı və 9419 nəfərin sağalması barədə məlumat yaymışdı. Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusun rəsmi ölüm səviyyəsi bir gün əvvəl 2,43%-dən 2,5%-ə yüksəlib.

Bölgələr arasında Hubey əyaləti yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 58,1 mindən çox adam qeydiyyata alınıb, onlardan 1696 nəfəri ölüb, 6639 adam sağalıb.

***

Saat 03:44

Çinin mərkəzində yerləşən Hubey əyalətində bu günədək koronavirusun yeni növünə yoluxanların sayı 58,1 min nəfəri keçib, onlardan 1696 nəfəri ölüb, 6639 nəfər isə ölümcül virusdan xilas olunub.

APA xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi bildirib.

Qeyd edək ki, bazar günü yerli rəsmilər 56,2 mindən çox virus daşıyıcısının, 1596 nəfər ölənən və 5623 nəfər sağalanların olması barədə məlumat verib. Yenilənmiş son məlumatlara görə, Hubeydə rəsmi ölüm səviyyəsi 2,83%-dən 2,91%-ə yüksəlib.

Açıqlamada bildirilir ki, pnevmoniyanın əsas mənbəyi hesab olunan Hubeyin Uhan inzibati mərkəzində virusa yoluxmuş insanların sayı 41,1 min nəfəri keçib. İkinci və üçüncü yerlərdə Syaoqan və Huanqan qərarlaşıb, burada yoluxmuşların sayı müvafiq olaraq təxminən 3,2 min və 2,8 min nəfərdir. Bölgənin digər dörd şəhərində isə göstərici 1 mindən çoxdur.

Həkimlərin sözlərinə görə, Hubeydə virusa yoluxmuş 8 mindən çox insanın vəziyyəti ağır, 1,7 mindən çoxunun vəziyyəti isə olduqca kritikdir. Həmçinin yoluxmuş insanlarla yaxın təmasda olan 71,6 minə yaxın sakin hazırda həkimlərin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR