Çində fabrikdə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb

Çində fabrikdə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb
  • Clock-gray 01:26
  • calendar-gray 13 Noyabr 2020

Çinin şimalındakı Hebey əyalətindəki bir fabrikdə baş verən partlayış nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayış polietilen köpük istehsal edən fabrikdə yerli vaxtla təxminən 18:00-da (Bakı vaxtı ilə 14:00) baş verib. Rəsmi orqanların fikrinə görə, hadisə yerində dörd nəfər tapılıb, onlardan üçü ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Partlayış nəticəsində yaranan yanğın söndürülüb. Hadisə yerində xilasetmə işləri davam edir.

apa-logo-mini

Digər xəbərlər