Çində ilk dəfə Hubey əyalətindən kənarda koronavirusa yoluxma aşkarlanmayıb

Çində ilk dəfə Hubey əyalətindən kənarda  koronavirusa yoluxma aşkarlanmayıb
# 08 mart 2020 13:20 (UTC +04:00)

Çində ilk dəfə Hubey əyalətindən kənarda koronavirusa yeni yoluxma halları aşkarlanmayıb.

APA “RİA Novosti”yə istinadən bildirir ki, bunu Çinin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Mi Feng bildirib.

N. Feng deyib ki, son 24 saat ərzində Çində 44 yeni COVID-2019 yoluxma hadisəsi qeydə alınıb: "Yoluxma hallarının 41-i Hubey əyalətində aşkarlanıb. Digər 3 nəfər isə xarici ölkədə bu virusa yoluxub”.

Qeyd edək ki, Çində koronavirusa yoluxan insanların sayı 80695-ə çatıb, onlardan 3097 nəfəri ölüb, 57065 nəfər isə müalicə edilərək evə buraxılıb. Hazırda xəstəxanalarda 205 min nəfər müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR