Çində kömür şaxtasında baş verən partlayışda 7 nəfər ölüb

Çində kömür şaxtasında baş verən partlayışda 7 nəfər ölüb
# 20 avqust 2020 17:38 (UTC +04:00)

Çində kömür şaxtasında partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə Çinin CGTN telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

Hadisə Şandun vilayətində yerləşən kömür şaxtasında qeydə alınıb.

Partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR