Çində koronavirus epidemiyasının pik həddinin arxada qaldığı açıqlanıb

Çində koronavirus epidemiyasının pik həddinin arxada qaldığı açıqlanıb
# 12 mart 2020 11:33 (UTC +04:00)

“Çində koronavirus epidemiyasının pik həddi arxada qalıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen deyib.

“Uhan şəhəri istisna olmaqla, Hubey əyalətinin bütün şəhərlərində artıq bir həftə ərzində koronavirusa yoluxma halı qeydə alınmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, bütövlükdə koronavirus epidemiyasının pik həddi arxada qalıb”, - deyə Mi Fen vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR