Çində koronavirus qurbanlarının sayı 1000 nəfəri keçib - YENİLƏNİB

Çində koronavirus qurbanlarının sayı 1000 nəfəri keçib - YENİLƏNİB
# 11 fevral 2020 04:51 (UTC +04:00)

Çində yeni növ koronavirus pnevmoniyasından ölənlərin sayı sutka ərzində 108 nəfər artaraq 1016 nəfərə çatıb. 3996 nəfər bu virusdan xilas olub.

APA xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, hazırda Çində 42638 nəfər bu virusun daşıyıcısıdır.

***

Saat 03:59

Çinin Hubey əyalətində yeni növ 2019-nCoV virusunun səbəb olduğu pnevmoniyaya yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 103 nəfər də artaraq 974 nəfərə çatıb. 2222 nəfər bu virusdan xilas olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata görə, əyalətdə koronavirusa yoluxanların sayı son sutkada 2097 nəfər artaraq, ümumilikdə 31728 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR