Çində koronavirusdan ölənlərin sayı 563-ə yüksəlib

Çində koronavirusdan ölənlərin sayı 563-ə yüksəlib
# 06 fevral 2020 06:14 (UTC +04:00)

Çində koronavirus qurbanlarının sayı 563 nəfərə çatıb. 28 min 18 nəfərdə isə virusa yoluxma aşkarlanıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, şübhəli bilinən 1153 nəfərdə virusun əlamətləri aşkarlanmadığı üçün xəstəxanadan evə buraxılıb.

Ölkənin 28 əyalətindən Komitəyə daxil olan məruzələrə görə, 3859 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR