Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb - YENİLƏNİB-1

Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb - YENİLƏNİB-1
# 26 yanvar 2020 14:34 (UTC +04:00)

Çində koronavirusa yoluxanların sayı 2027 nəfərə çatıb.

APA-nın Vani portalına istinadən verdiyi məlumata görə, bu günə qədər virusa yoluxanlardan 57 nəfər dünyasını dəyişib.

Koronovirusa yoluxanların yarısı və ölənlərin 52 nəfəri Hubey əyalətinin sakinləridir.

***

saat 04.01

Çində yeni növ koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. Hubey əyalətində daha 13 nəfər ölüb, bu xəstəliyə yoluxanların sayı isə 232 nəfər də artaraq 1975 nəfər olub.

APA xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Xəstəlik daşıyıcılarından 324 nəfərin vəziyyətinin olduqca ağır olduğu bildirilib.

Buna qədər 54 nəfərin öldüyü, 1743 nəfərin koronavirusa yoluxduğu qeyd edilirdi.

***

Saat 01:16

Çinin müxtəlif bölgələrində yeni koronavirus infeksiyasına yoluxanların sayı 1372 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası rəsmi qurumlara istinadən məlumat yayıb.

Məlumata görə, bu günə qədər 41 nəfər bu virusdan ölüb, 39 xəstə isə sağalaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR