Çində koronaviruslu xəstələrin sayı 723 nəfərə enib

Çində koronaviruslu xəstələrin sayı 723 nəfərə enib
  • Clock-gray 06:59
  • calendar-gray 27 Aprel 2020

Son gün ərzində Çinin materik hissəsindəki tibb müəssisələrində yeni növ koronavirusun səbəb olduğu xəstəliyə yoluxmuş insanların sayı 77 nəfər azalaraq 723-ə çatıb, ölüm faktı qeydə alınmayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, son bir gündə ölkədə yalnız üç yeni yoluxma faktı aşkarlanıb, onlardan ikisi ölkəyə sonradan gələnlərdir. Çində virusun yayılmasının bütün dövrü ərzində xaricdən gələn 1636 xəstə qeydiyyata alınıb ki, onlardan 1009-u artıq sağalıb. Dünyadakı çətin epidemioloji vəziyyətlə əlaqədar olaraq, 21 apreldə Çin Xarici İşlər Nazirliyi vətəndaşları xarici səfərlər etməməyə çağırıb.

Statistikaya görə, son sutkalarda yoluxmuş 80 nəfər də daxil olmaqla, Çində virusa yoluxmuş insanların 93,5%-i sağalıb. 2019-cu ilin dekabr ayından bəri yoluxma hallarının sayı 82,8 min nəfəri keçib, infeksiyadan rəsmi ölüm səviyyəsi 5,59% -dir (4,6 mindən çox adam ölüb).

Qeyd edək ki, ölkədə günlərdir ölüm faktı müşahidə edilmir.

apa-logo-mini

Digər xəbərlər