Çində mədəndə partlayış baş verib, 22 nəfər çıxılmaz vəziyyətdə qalıb

Çində mədəndə partlayış baş verib, 22 nəfər çıxılmaz vəziyyətdə qalıb
# 12 yanvar 2021 02:32 (UTC +04:00)

Çinin şərqində yerləşən qızıl mədənində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Global Times” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 22 nəfər mədəndə çıxılmaz vəziyyətdə qalıb.

Bildirilir ki, partlayış Şandun əyalətindəki bir mədəndə baş verib. Xilasedicilər bu vaxta qədər mədəndə qalan işçilərlə əlaqə yarada bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR