Çində milli təhlükəsizlik qanunlarını pozan 30 nəfər xarici ölkəyə qaçıb

Çində milli təhlükəsizlik qanunlarını pozan 30 nəfər xarici ölkəyə qaçıb
# 27 dekabr 2020 09:12 (UTC +04:00)

Honq Konq polisi elan edib ki, milli təhlükəsizlik qanunlarını pozan 30-a yaxın şübhəli şəxs xarici ölkələrə qaçıb.

APA bildirir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat verib.

Məlumata görə, barələrində beynəlxalq axtarış elan edilən şübhəlilər Avropa, ABŞ və Tayvanda gizlənirlər.

Qeyd edilir ki, bu il 30 iyunda Çin Xalq Respublikasının parlamentində milli təhlükəsizliyin təmin edilməsi haqqında yeni qanun qəbul edilib. Hazırda Honq Kondqda yeni qanunu pozduğuna görə 40 nəfər saxlanılıb. Bunların arasında tanınmış media maqnatı Cimmy Lai də var. Onların heç biri barəsində hələ ki, məhkəmə qərarı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR