Çində naməlum mənşəli pnevmoniya yayılır

Çində naməlum mənşəli pnevmoniya yayılır
# 31 dekabr 2019 11:22 (UTC +04:00)

Çində naməlum mənşəli pnevmoniya (sətəlcəm) yayılır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, xəstəlik Uxan vilayətində yayılır.

Uxan vilayət hakimiyyəti tibbi müəssisələrini xəstəliklə bağlı statistika aparmağa və vəziyyəti izləməyə çağırıb. Həkimlər hazırda xəstəliklə bağlı araşdırma aparır, xəstələrin müalicəsi isə xəstəxanalarda digər xəstələrdən təcrid olunmuş palatalarda davam etdirilir.

Ümumilikdə, dekabr ayında Uxan vilayətində 27 nəfər pnevmoniya virusuna yoluxub, 7 nəfər ağır vəziyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR