Çində naməlum şəxs 7 nəfəri bıçaqlayaraq öldürüb, daha 7 nəfəri yaralayıb

Çində naməlum şəxs 7 nəfəri bıçaqlayaraq öldürüb, daha 7 nəfəri yaralayıb
# 27 dekabr 2020 23:16 (UTC +04:00)

Çinin şimal-şərqində yerləşən Liaoninq vilayətinin Kaiyuan şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib.

APA-nın “Sinxua”ya istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində 7 nəfər aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

Daha 7 nəfərin yaralandığı bildirilir.

Yerli polisin məlumatına görə, hadisəni törədən şəxs həbs olunub, lakin cinayətin təfərrüatı barədə açıqlama verilməyib.

Agentliyin məlumatına görə, Çində belə hadisələrə nadir hallarda rast gəlinir: “Bu cür hadisələr ya psixi cəhətdən xəstə insanlar tərəfindən törədilir, yaxud da qisas məqsədilə”.

Cinayətkarın zərərsizləşdirilməsi zamanı bir polis zabitinin yaralandığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR