Çində ötən gün koronavirusdan 1535 nəfər sağalıb

Çində ötən gün koronavirusdan 1535 nəfər sağalıb
# 09 mart 2020 08:10 (UTC +04:00)

“Çində ötən gün koronavirusa yoluxanlardan 22 nəfər ölüb. Ölkə üzrə ölənlərin ümumi sayı artaraq 3119-a çatıb”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Çinin Səhiyyə və Gigiyena üzrə Dövlət Komitəsinin son hesabatında bildirilib.

Qeyd edilib ki, son 24 saat ərzində virusa yoluxanlardan 1535 nəfər sağalıb, bununla da xəstəxanadan buraxılanların ümumi sayı 58 min 600 nəfər olub.

Eyni zamanda bildirilib ki, gün ərzində 40 nəfər koronavirus infeksiyasına yoluxub. Son məlumatlara görə, yoluxanların ümumi sayı 80 min 735 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR