Çində partlayış nəticəsində 5 nəfər ölüb

Çində partlayış nəticəsində 5 nəfər ölüb
# 22 mart 2021 20:16 (UTC +04:00)

Çinin Quançjou şəhərində baş vermiş partlayış zamanı azı beş nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi məlumat yayıb.

Ehtimal olunur ki, insidentin baş verməsinə səbəb olan şəxs də ölənlərin arasındadır. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Partlayış təxminən səhər saat 10:00-da (Bakı vaxtı ilə səhər saat 05:00) baş verib. Qəzetin yazdığına görə, hadisə yerli sakin tərəfindən törədilmiş bir təxribatdır. Onun binanı yandırdığı deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR