Çində son bir gündə 108 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Çində son bir gündə 108 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
# 13 aprel 2020 09:31 (UTC +04:00)

Çində son 24 saatda yeni tip koronavirusa (COVID-19) 108 nəfər yoluxub.

APA-nın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, ötən gün virusdan iki nəfər dünyasını dəyişib, 88 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Çində indiyə qədər 82 min 160 nəfər koronavirusa yoluxub. Onlardan 3 min 341- i infeksiyadan ölüb, 77 min 663 xəstə isə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR