Çində sürətlə yayılan virus 3 nəfərin həyatına son qoyub

Çində sürətlə yayılan virus 3 nəfərin həyatına son qoyub
# 20 yanvar 2020 14:50 (UTC +04:00)

Çin hökuməti yeni koronavirusun ölkənin bir neçə şəhərində kəskin yayılması faktını təsdiqləyib.

APA-nın "Reuters"a istinadən verdiyi məlumata görə, xəstələrin sayı üç dəfə artıb, 3 nəfər sözügedən virusdan artıq həyatını itirib.

Ümumilikdə, Uhan şəhərindən yayılmağa başlayan sətəlcəmə səbəb olan virusa son bir həftə ərzində 217 nəfər yoluxub. Bundan əvvəl 62 yoluxma faktı qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR