Çində yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 18-ə çatıb

Çində yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 18-ə çatıb
  • Clock-gray 08:25
  • calendar-gray 14 İyun 2020

Çinin şərqində sıxılmış təbii qaz daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “CGTN” telekanalı özünün “Twitter” səhifəsində bildirib.

Məlumata görə, daha 166 nəfəri xilas etmək mümkün olub, onlar tibb müəssisələrinə yerləşdirilib.

Hadisə Tayçjou şəhərindəki sürət şosesində baş verib. Bundan bir qədər əvvəl “Sina.com” informasiya portalı yanacaq daşıyan maşının partlaması nəticəsində 9 nəfərin öldüyü və 112 nəfərin xəsarət aldığı barədə məlumat vermişdi. Partlayış dalğası yaxınlıqdakı evlərə və bir müəssisəyə də ziyan vurub.

apa-logo-mini

Digər xəbərlər