Çindən kənarda koronavirusa yoluxanların sayı 2 min nəfəri keçib

Çindən kənarda koronavirusa yoluxanların sayı 2 min nəfəri keçib
# 25 fevral 2020 03:23 (UTC +04:00)

Çin sərhədlərindən kənarda yeni növ koronavirusa yoluxma halı 2 min nəfəri keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı gündəlik hesabatda deyilir.

ÜST-ün açıqlamasına görə, Çindən kənarda bu virusa yoluxma halı son gün ərzində 300 nəfər artaraq 2069 nəfərə çatıb. ÇXR-dən başqa 29 ölkədə koronavirus qeydə alınıb. Son gün ərzində 6 nəfər bu ölümcül virusun yaratdığı pnevmoniya səbəbindən dünyasını dəyişib. Ümumilikdə isə Çindən kənarda 23 nəfər virusun qurbanına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR