Çinin xarici işlər naziri Türkiyəyə səfər edəcək

Çinin xarici işlər naziri Türkiyəyə səfər edəcək
# 12 mart 2021 13:38 (UTC +04:00)

Çinin xarici işlər naziri Vang Yi Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, Çinin xarici işlər naziri bölgəyə səfəri çərçivəsində martın 25-də Türkiyəyə gəlmək istədiyini bildirib: “Səfərin gündəliyinə ikitərəfli münasibətlər, regional məsələlər, Asiya və Avropanı maraqlandıran mövzular daxildir. Eyni zamanda COVİD-19-la mübarizə və gündəmdəki digər məsələləri də müzakirə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR